![photo](https://www.rekord.az/storage/uploads/5/celal-huseynov-4.jpg)
Azərbaycanlı futbolçu Bolqarıstan çempionatında debüt etdi
- 05 Avq 2023 01:16
- 297
Bolqarıstan çempionatında 4-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Plovdiv “Botev”i ilə qarşılaşıb və və 2:1 hesabıyla qalib gəlib.
Cəlal da bu matçın iştirakçısı olub. Əvvəlki turlarda sənəd probleminə görə oynaya bilməyən futbolçumuz nəhayət ki, bu görüşün 73-cü dəqiqəsində meydana buraxılıb və Bolqarıstan çempionatında debüt edib.
“Arda” 4 turdan sonra 4 xalla 6-cı pillədə qərarlaşıb.