Azərbaycanlı futbolçu ÇL-lə vidalaşdı
- 18 İyl 2024 02:14
- 180
Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, cavab oyunları çərçivəsində 6 matç baş tutub.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə uduzduğu "Borats"ı məğlub edib. İki oyunun nəticəsi bərabər olduğu üçün qalib penalti seriyasında bəlli olub. Albaniya çempionu iki zərbəni qeyri-dəqiq yerinə yetirərək turnirlə vidalaşıb. Əliyev 105 dəqiqə meydanda mübarizə aparıb. O, zədələnərək, meydanı tərk edib.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
17 iyul
“Struqa” – “Slovan” 1:2
İlk oyun – 2:4
“Petrokub” – “Ordabası” 1:0
İlk oyun – 0:0
“Dinamo” (Batumi) – “Lüdoqorets” 1:0
İlk oyun – 1:3
“Differdanj” – “Klaksvik” 0:0
İlk oyun – 0:2
“Eqnatiya” – “Borats” 2:1
İlk oyun – 0:1
“Larne” – RFS - 0:0
İlk oyun – 0:3