Azərbaycanlı futbolçu əvəzedici komandaya göndərildi
- 26 May 2020 14:41
- 598
Rusiyanın “Spartak” klubunun futbolçusu Ayaz Quliyev Moskva təmsilçisinin əvəzedici komandasına göndərilib.
Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Quliyevin əvəzedici heyətə göndərilməsinin səbəbi açıqlanmayıb. Sadəcə, onun əvəzinə əsas komanda ilə Konstantin Şilçovun məşq edəcəyi bildirilib.
Rusiya mətbuatı isə 23 yaşlı yarımmüdafiəçinin intizam qaydalarını pozduğu üçün əvəzedici komandaya göndərildiyini yazıb. Belə ki, azərbaycanlı futbolçu "Spartak"ın məşqçiləri ilə nəzakətsiz danışıb.
Qeyd edək ki, Quliyev bu mövsüm Rusiya Premyer Liqasında 11 matçda meydana çıxıb.