Azərbaycanlı futbolçu Vüqar Bəybalayev Gürcüstanın “Telavi” klubundan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi “Facebook” hesabında paylaşım edib.

O, “Telavi” ilə şəklini paylaşaraq, “Hər şey üçün təşəkkürlər, “Telavi” deyə, yazıb.

Vüqar bu ilin martında “Səbail”dən Gürcüstan klubuna keçmişdi.