photo

Azərbaycanlı futbolçu Kiprdə

  • 2020-01-13 14:19
  • 136

Rusiya Premyer liqası təmsilçisi “Ufa” təlim-məşq toplanışı üçün Kiprə yollanıb.

Rekord.az xəbər verir ki, Başqırdıstan təmsilçisi yanvarın 12-dən 26-na qədər ada dövlətin Ayya Napa şəhərində təlim-məşq toplanışı keçəcək. Ruslar bu müddətdə iki yoxlama oyununda qüvvəsini sınayacaq.

"Ufa" yanvarın 18-də Macarıstanın “Uypeşt”, 25-də isə Polşanın “Şlensk” klubu ilə görüşəcək. Təbiidir ki, komandanın aparıcı futbolçularından azərbaycanlı Azər Əliyev də qafilədə yer alır.

Lakin digər həmyerlimiz Turqay Möhbalıyev isə əsas heyət üzünə həsrət qaldığı kimi, toplanışı da əvəzedici komanda ilə keçəcək.

Son xəbərlər