"Neftçi"nin yetirməsi, son 4 ili "Səbai"ldə keçirmiş Orxan Qurbanlı ikinci dəfə ölkə xaricində çıxış edəcək.

Rekord.az xəbər verir ki, bu barədə futbol agenti Erkin İbrahimov bildirib.

25 yaşlı müdafiəçi Latviyanın tanınmış klubu "Ventspils"lə 2 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, Qurbanlı qarşıdakı 4 ayda Moldovanın əsas liqa təmsilçisi "Dinamo-Avto"da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Orxan 2016-ci ildə  icarə əsasında 6 ay Latviyanın "Dauqavpils" komandasında çıxış edib.