“İnter”in və “Keşlə”nin sabiq futbolçusu Fuad Bayramov özünə yeni klub tapıb.

Rekord.az xəbər verir ki, o, Polşanın KSZO klubu ilə müqavilə bağlayıb.

26 yaşlı yarımmüdafiəçi bir müddət əvvəl Polşanın III liqasında çıxış edən kluba keçib. Ostrovets Svyentokşıski şəhərciyini təmsil edən komanda 1 il uzatmaq şərti ilə Fuadla mövsümün sonunadək müqavilə bağlayıb.

Bayramov Azərbaycanın “İnter”/“Keşlə” və Gürcüstanın “Rustavi” klublarında tər töküb. Bir vaxtlar böyük gələcək vəd edən futbolçunun milliyə namizədlər arasında adı çəkilirdi.