![photo](https://www.rekord.az/storage/uploads/5/celal-huseynov-3.jpg)
Azərbaycanlı futbolçu qol vurdu, “Arda” qalib gəldi
- 28 İyl 2023 22:10
- 368
Bolqarıstanın “Arda” komandası bu gün yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun komandası Bolqarıstan çempionatının digər təmsilçisi “Etar”la qarşılaşıb.
“Arda” bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb. 20 yaşlı müdafiəçi bu görüşə start heyətdə başlayıb. Komandasının ilk qolunu da 21-ci dəqiqədə Cəlal vurub.