Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi
- 30 İyn 2021 14:43
- 751
Azərbaycanlı futbolçu Azər Əliyev Rusiyada klubunu dəyişib.
Rekord.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Ufa” klubuna keçib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Əliyevlə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Azər daha əvvəl – 2018-ci ilin avqustundan 2021-ci ilin fevralına qədər “Ufa”da çıxış edib. Yarımmüdafiəçi bu ilin fevralında “Tambov”la mövsümün sonuna qədər müqavilə imzalamışdı.
Əliyev yeni klubuna azad agent kimi keçib.