Azərbaycanlı futbolçu Türkiyə klubunda
- 03 Avq 2021 15:15
- 613
"Qaziantep Algspor" qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Jalə Məsimova ilə müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, o, mövsümün sonuna qədər türk klubunda oynayacaq.
Yarımmüdafiəçi bundan əvvəl Azərbaycanda “Uğur”, “Vətən”, həmçinin Rusiyada “Torpedo”(Lyevsk), “Zenit”(Sankt-Peterburq) klublarında çıxış edib.
Klubun prezidenti Əli Gözcü transferlə bağlı rəsmi sayta açıqlamasında Jalə haqda xoş sözlər deyib: “Biz Azərbaycan millisindən güclü oyunçu gətirmişik.
Ona komandamızda uğurlar arzu edirik. İnanırıq ki, Jalə komandamızı gücləndirəcək. Yaxşı hazırlaşaraq, yeni mövsümə tam hazır olacağıq”.