"Səbail"in futbolçusu Cabir Əmirli əməliyyat olunub.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı müdafiəçi ayaq nahiyəsindən Türkiyədə əməliyyat olunub.

Qeyd edək ki, C.Əmirli 2021-ci ilin yayından paytaxt klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 matçda meydana çıxıb.