Ukraynanın “Aleksandriya” klubunda çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev əsas komandanın heyətində ilk qollarını vurub.

Rekord.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Metallist 1925" komandasını 5:2 hesabı ilə məğlub etdiklləri Ukrayna Kubokunun 1/8 final oyununda dubl edib.

Mustafayev 24-cü və 29-cu dəqiqələrdə komandasının ilk iki qolunun müəllifi olub. Gənc oyunçu yerli mətbuata açıqlamasında emosiyalarını sözlə ifadə edə bilmədiyini söyləyib: "Hazırda hisslərimi təsvir etmək çətindir. Bunlar əsas komandada ilk qollarımdır. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

2018-ci ildən "Aleksandriya"nın şərəfini qoruyan Emil Mustafayev əsas komandada 3 oyun keçirib.