Azərbaycanlı futbolçudan Çexiya klubunda 4-cü qol
- 06 Fev 2020 12:40
- 668
Çexiyanın “Viktoriya” (Jijkov) klubu növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının hücumçusu Fərid Nəbiyevin formasını geyindiyi bu komanda Çexiyanın digər klubu “Beneşov”la qarşılaşıb.
Dörd qolun qeydə alındığı matç “Viktoriya”nın qələbəsiylə başa çatıb - 3:1.
Fərid də bu görüşün iştirakçısı olub. İkinci hissədə meydana buraxılan azərbaycanlı forvard komandasının sonuncu qolunu vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, bu, Nəbiyevin qışda transfer olunduğu “Viktoriya”da 4-cü qoludu. O, daha öncə “Budeyoviçe” ilə yoxlama oyununda (7:1) het-trikə imza atmışdı.