Çexiyanın “Viktoriya” (Jijkov) klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi 2-ci divizion təmsilçisi Sokolov “Banik”i ilə üz-üzə gəlib. 6 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 3:3.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Fərid start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Samir isə fasilədən sonra meydana buraxılıb.