Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi
- 13 Apr 2024 23:32
- 273
Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Vüsal İsgəndərlinin komandası – “Boluspor” bu turda doğma meydanda Coşqun Diniyevli “Ümraniyəspor”u qəbul edib və 1:0 hesabıyla qalib gəlib.
Azərbaycanlı futbolçular start heyətdə meydana çıxıblar. Vüsal 59-cu, Coşqun 90+1-ci dəqiqədə əvəzlənib. İsgəndərli bu görüşün 22-ci dəqiqəsində sarı vərəqə də alıb.
30 turdan sonra 46 xalı olan “Boluspor” 7-ci, 34 xalda qalan “Ümraniyəspor” 12-cidir.