Azərbaycan millisinin üzvü Renat Dadaşovun və digər azərbaycanlı futbolçu Həsən Nəzərovun çıxış etdiyi Türkiyə 1-ci Liqa təmsilçisi "Ankaragücü" baş məşqçisi Kenan Koçakla yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.


"Ankaragücü" 1-ci Liqada 23 xalla səkkizinci sırada yer alıb.