
Azərbaycanlı futbolçuların klubundan növbəti qələbə
- 14 Mar 2025 23:59
- 37
Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” komandası Polşa çempionatında növbəti qələbəsini qazanıb.
Rekord.az xəbər verir ki, 25-ci turda "Lexiya"ya qarşı matçda meydana start heyətində çıxan Renat Dadaşov heç nə ilə yadda qalmayaraq 86-cı dəqiqədə əvəzlənib.
Rahil Məmmədovadın adı isə iştirak ərizəsinə salınmayıb. Qarşılaşma "Radomyak"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Dadaşov Polşa klubunun heyətində 2 qol vurub. Radom komandası ölkə çempionatında 31 xalla 12-ci sırada yer alıb.