Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" səfərdə “Ərzurumspor"la qarşılaşıb.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Dadaşov 71-ci dəqiqədə meydana daxil olub. 84-cü dəqiqədə isə Ankara təmsilçisinin U-19 komandasının üzvü Həsən Nəzərov meydana buraxılıb.

"Ankaragücü" hazırda 3 xalla 7-cidir.