Azərbaycanlı futbolçuların komandası mövsümü məğlubiyyətlə bitirdi
- 09 May 2021 19:49
- 566
Futbol üzrə Ukrayna Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən komanda 26-cı tur çərçivəsində doğma meydanda Poltava “Vorskla”sı ilə qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Aldığı ağır zədə səbəbindən mövsümü erkən başa vuran Nuriyev bu görüşün iştirakçısı olmayıb. Rüstəm isə start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. O, 60-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Minay” 26 oyuna topladığı 18 xalla 14 kollektiv arasında sonuncu yeri tutub. Bu komanda növbəti mövsümdən aşağı liqada mübarizə aparmalı olacaq.