Futbol üzrə Ukrayna Premyer Liqasında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Lvov”la qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Onlar start heyətdə meydana çıxıblar və sonadək oynayıblar.

“Minay” 22 turdan sonra 18 xalla 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.