Azərbaycanlı futbolçuların komandası Türkiyə Kubokunda heç-heçə etdi
- 07 Yan 2025 19:00
- 65
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" komandası Türkiyə Kubokunda növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi B qrupundakı ilk matçında "İskenderunspor"la üz-üzə gəlib.
Qarşılaşma heç-heçə başa çatıb - 1:1.
Renat Dadaşov və U-19 millimizin üzvü Həsən Nəzərli matça ilk "11-lik"də başlayıblar və sonadək meydanda olublar.