Azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi “Ximki” klubu Rusiya Premyer Liqasına yüksəlsə də, elitada çıxış etməyə bilər.

Rekord.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Buna “Ximki”nin sponsorunun olmaması səbəb göstərilir. Maliyyə cəhətdən problem yaşayan kluba mayın sonuna kimi sponsor tapılmazsa, “Ximki” növbəti mövsümdə də Rusiya Milli Liqasında (FNL) çıxış edəcək.

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Rusiya Milli Futbol Liqasında 2019/20 mövsümü ləğv olunub. 27 turdan sonra turnir cədvəlində 1-2-ci yerləri bölüşdürən “Rotor” və “Ximki” klubları Premyer Liqaya yüksəliblər.

“Simurq”un sabiq baş məşqçisi Sergey Yuranın rəhbərlik etdiyi “Ximki”də azərbaycanlı futbolçu Kamran Əliyev də çıxış edir. 22 yaşlı hücumçu 2018-ci ildə Azərbaycanın U-20 millisinə dəvət alıb və Makedoniya yığması ilə “Dalğa Arena”dakı yoldaşlıq oyununda (1:1) qol vurub.