Azərbaycanlı futbolçunun komandası 7 qola üzüldü
- 08 Avq 2021 22:44
- 573
Futbol üzrə Moldova çempionatında 5-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Şerif”in qonağı olub. Futbolçumuzun komandası Tiraspolda biabırçı hesabla uduzub – 1:7.
Orxan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Dinamo-Avto” 5 turdan sonra 4 xalla 8 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.