Bosniya və Herseqovina çempionatında mövsüm koronavirus pandemiyasına görə yarımçıq dayandırılıb.

Rekord.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

Turnir cədvəlində 45 xalla lider olan “Sarayevo” çempion elan edilib. “Çelik” və “Zvezda” klubları isə elitayla vidalaşıb.

“Çelik”də azərbaycanlı futbolçu Elvin Yunuszadə çıxış edir. Onun komandası 17 xalla 11-ci sırada idi.

Bosniya və Herseqovina çempionatında yeni mövsümə avqustun əvvəlində start veriləcək.