Futbol üzrə Albaniya çempionatında yeni mövsüm start götürüb.

Rekord.az xəbər verir ki, Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" da ilk matçına çıxıb. 

Komanda səfərdə "Dinamo" ilə qarşılaşıb. "Eqnatiya" 2:0 hesabı ilə qalib gəlib.

Zamiq də bu oyunda iştirak edib. 23 yaşlı müdafiəçi matça start heyətdə çıxıb və sona qədər oynayıb. O, 90+2-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.

Azərbaycanın U-21 yığmasının sabiq üzvü olan Zamiq bu yay "Eqnatiya"ya keçib.