Azərbaycanlı futbolçunun komandası Türkiyə kuboku ilə erkən vidalaşdı
- 18 Yan 2024 23:06
- 205
Türkiyə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Sertan Taşkının yeni komandası – “Manisa” da bu mərhələdə iştirak edib.
Onun komandası səfərdə “Trabzonspor”la qarşılaşıb. 1:3 hesabıyla uduzan manisalılar kubokla vidalaşıblar.
Sərtan bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.