Rusiyanın “Ufa” klubunun kollektivi koronavirus testindən keçib. 

Rekord.az xəbər verir ki, bu barədə azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Futbolçular və texniki heyətlə yanaşı, klubun işçiləri də yoxlanılıb. Onların hamısının nəticəsi mənfi olub. 

Qeyd edək ki, daha əvvəl "Dinamo"nun üç oyunçusu, "Rubin"in yarımmüdafiəçisi Konstantin Pliyev, "Lokomotiv"in hücumçusu Cefferson Farfandan da koronavirus aşkarlanıb. 

Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.