Azərbaycanlı gimnast “bürünc” qazandı
- 06 Fev 2023 15:30
- 436
Bədii gimnastika üzrə Azərbaycan milli komandasının daha bir üzvü Macarıstanda keçirilən “Gracia Fair Cup” beynəlxalq turnirində medal qazanıb.
Rekord.az xəbər verir ki, Alina Məmmədova çoxnövçülük üzrə 3-cü olub.
Daha əvvəl Fidan Qurbanlı eyni növdə qızıl medala yiyələnib.
Yığmanın digər üzvləri Şəms Ağahüseynova halqa ilə, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala vəsiqə qazanıb.