Azərbaycanlı hakim avrokuboka təyinat alıb
- 14:50
- 24
Beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb. "Rekord.az" xəbər verir ki, Z.Hacıyev noyabrın 19-da Sloveniyanın Kamnik şəhərində keçiriləcək CEV kubokunun 1/16 final mərhələsinin oyununu idarə edəcək.
Həmyerlimiz kişi voleybolçulardan ibarət Sloveniyanın “Calcit KAMNIK” və Portuqaliyanın “Sport LISBOA e Benfica” klublarının qarşılaşmasında ikinci hakim olacaq. Qarşılaşmanın birinci hakimi isə bosniya və herseqovinalı Jasmin Husejnovicdir.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Portuqaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.