Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev fevralın 24-də keçiriləcək “Çağırış kuboku”nun yarım final matçını idarə edəcək.

Hacıyev Türkiyədə Mimar Sinan İdman salonunda qadın voleybolçular arasında “Aydın BBSK” (Türkiyə) - “Savino Del Bene Scandicci” (İtalya) klublarının qarşılaşmasında ikinci hakim olacaq.

Matçın birinci hakimi vəzifəsini serbiyalı Tomislav Popoviç yerinə yetirəcək.