Beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev növbəti təyinat alıb. "Rekord.az" xəbər verir ki, azərbaycanlı mütəxəssis aprelin 21-24-də Türkiyənin Bursa şəhərində 17 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının A qrupunun oyunlarını idarə edəcək referilərdən biri olacaq.

Ədalət təmsilçimizlə yanaşı, qrupun matçlarında yunanıstanlı Nikolas Angelidis, litvalı Audrius Qarqasas və serbiyalı Svetlana Zotoviç hakimlik edəcəklər.

Qeyd edək ki, Bursada ev sahibi Türkiyə, Albaniya, Macarıstan və Ukrayna voleybolçuları güclərini yoxlayacaqlar.