
Azərbaycanlı hakim Belçikada yenilənmə kursunda iştirak edib
- 17:20
- 41
Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva Belçikanın paytaxtı Brüsseldə Dünya Taekvondosu tərəfindən beynəlxalq dərəcəli hakimlər üçün keçirilən yenilənmə kursunda iştirak edib.
Rekord.az xəbər verir ki, kurslar martın 10-dan 14-dək davam edib.
Bundan başqa, o, ATF-nin Hakimlər Komitəsinin sədri Gündüz Abdullayevlə birgə adıçəkilən ölkənin Lommel şəhərində keçirilmiş “Belgian open” beynəlxalq turnirində referi qismində təmsil olunub.