Azərbaycanın Beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Çempionlar Liqasına təyinat alıb. “Rekord.az” xəbər verir ki, həmyerlimiz qadın voleybolçulardan ibarət Rusiyanın “Lokomotiv” və Sloveniyanın “Maribor” kollektivlərinin qarşılaşmasını idarə edəcək.

E.Zülfüqarov Kalininqradda baş tutacaq görüşün əsas ədalət təmsilçisi olacaq. Oyunun ikinci hakimi funksiyasını isə Voyçieç Maroşek yerinə yetirəcək.

Qeyd edək ki, B qrupunda yer alan bu komandaların oyunu noyabrın 20-də baş tutacaq.