Azərbaycanlı hakim Fransa klubunun oyununu idarə edəcək
- 30 Sen 2023 17:00
- 391
Azərbaycan daha bir FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Rekord.az xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda iş başında olacaq.
Məsiyev Farer adalarında yerli "Klaksvik" və Fransanın "Lill" komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Oktyabrın 5-də Torshavnda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.