Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, futzal üzrə AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya – Ermənistan və Serbiya - Bosniya və Herseqovina oyunlarının hakim-inspektoru olacaq.

Rusiya - Ermənistan görüşü yanvarın 29-da, digər matç isə fevralın 3-də gerçəkləşəcək.