![photo](https://www.rekord.az/storage/uploads/5/elcin-semedli.jpg)
Azərbaycanlı hakim-inspektor Ermənistan yığmasının oyununa təyinat aldı
- 14 Avq 2023 14:32
- 384
Azərbaycanlı hakim-inspektor Elçin Səmədli Ermənistanın futzal yığmasının oyununa təyinat alıb.
Rekord.az xəbər verir ki, o, futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçiriləcək Gürcüstan – Ermənistan matçında iş başında olacaq.
Beynəlxalq dərəcəli hakim-inspektor sentyabrın 15-də Tbilisidə baş tutacaq görüşdə referilərin işinə qiymət verəcək.