Azərbaycanlı hakim İtaliya millisinin oyunlarını idarə edəcək
- 19 Okt 2023 12:30
- 290
Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində idarə edəcəyi oyunlar müəyyənləşib.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi 11-ci qrupun 2-ci turundakı İtaliya - Şimali İrlandiya və 3-cü turun Yunanıstan - İtaliya matçlarında əsas hakim olacaq.
Hər iki görüşdə ona digər təmsilçimiz Vüsal Məmmədov laynsman kimi kömək göstərək.
Qeyd edək ki, İtaliya - Şimali İrlandiya oyunu oktyabrın 28-də, Yunanıstan - İtaliya qarşılaşması isə oktyabrın 31-də təşkil olunacaq. Bu qrupun matçları İtaliyada keçiriləcək