Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna – Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.

Cabbarova yan xətt hakimləri Elşad Abdullayev və PərvinTalıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.