FİFA referisi Rauf Cabarov təyinat alıb.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, noyabrın 6-da, Moskva şəhərində keçiriləcək UEFA Gənclər Liqasının “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.