Azərbaycanlı hakim Ələkbər Həsənov FIBA-dan növbəti təyinat alıb.

Rekord.az xəbər verir ki, o, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin (EuroBasket 2025) D qrupunun Estoniya - Danimarka oyununda hakimlər briqadasında yer alacaq.

Həsənov noyabrın 10-da Tallin şəhərində keçiriləcək matçın baş hakim olacaq.