Azərbaycanlı hakimə növbəti təyinat
- 16 Dek 2019 14:00
- 927
Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli hakim Zaur Hacıyevə növbəti təyinat göndərib.
Rekord.az xəbər verir ki, təmsilçimiz bu dəfə qadın voleybolçular arasında keçirilən CEV kubokunun 1/16 final mərhələsində iş başında olacaq.
O, “Dinamo” (Kazan, Rusiya) ilə “Potsdam” (Almaniya) arasında cavab görüşündə ikinci hakim funksiyasını yerinə yetirəcək.
Dekabrın 18-də Kazanda baş tutacaq oyunda əsas referi isə türkiyəli Bülənt Bozkurt olacaq.
Qeyd edək ki, bu komandaların ilk qarşılaşmasında rusiyalılar 3:2 hesabı ilə qalib gəliblər.