Azərbaycanlı hakimlər Avropa çempionatının oyunlarını idarə edəcəklər
- 29 Fev 2024 20:30
- 234
Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Gülnurə Əkbərzadə beynəlxalq təyinat alıblar.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçiləri 17 yaşadək qadın futbolçular arasında Monteneqroda keçiriləcək Avropa çempionatının ikinci raundunun matçlarını idarə edəcəklər.
Onlar ilk olaraq martın 11-də keçiriləcək qarşılaşmada iş başında olacaqlar.
11 mart
Belarus – Andorra
“Topoplica Stadion” stadionu. Saat 14:30
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Milena Vidiç (Monteneqro)
Dördüncü hakim: Milisa Raduloviç (Monteneqro)
14 mart
Monteneqro – Andorra
“Mitar Mićo Goliš” stadionu. Saat 17:00
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Laura Koskinen (Finlandiya)
Dördüncü hakim: İfeoma Kulmala (Finlandiya)
17 mart
Monteneqro – Belarus
“Gradski Stadion Podgorica” stadionu. Saat 17:00
Hakimlər: Pimenta Oliveyra Tereza Alis (Portuqaliya), Qraça Tavares (Portuqaliya), Gülnurə Əkbərzadə
Dördüncü hakim: Fəridə Lütfəliyeva