Azərbaycanlı FİFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.

Rekord.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Petroklub” (Moldova) – “Sileks” (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi təyin olunub.

Məsiyevə bu oyunda yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Qarşılaşmada 4-cü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 15-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.