
Azərbaycanlı hakimlər “Mançester Siti” oyununa təyinat aldılar
- 11 Dek 2023 11:15
- 241
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.