Elit kateqoriyalı hakimlər üçün fiziki hazırlıq məşqləri təşkil olunur.

Rekord.az xəbər verir ki, iyulun 8-dən başlanan hazırlıq həftədə dörd dəfə olmaqla cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinin meydançasında keçirilir.

Hazırkı mərhələdə məşqlər ümumi funksional səviyyənin artırılmasına, dözümlülüyün bərpa olunmasına və hakimlərə xas olan spesifik hərəkətlərə yönəlib. Məşqlərə Hakimlər Departamentinin fitnes məşqçisi Namiq Quliyev və Hakimlər Departamentinin köməkçi fitnes məşqçisi Rüstəm Rüstəmli rəhbərlik edirlər.