FIFA referisi Fəridə Lütfəliyeva növbəti təyinat alıb.


Rekord.az xəbər verir ki, Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ikinci seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.


O, 2-ci qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.


Qrupun oyunları Moldovada təşkil olunacaq.