Azərbaycanlı hakimlərə beynəlxalq təyinat
- 18 Mar 2021 16:14
- 567
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan - Moldova oyununu azərbaycanlı hakimlər idarə edəcək.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 3-cü qrupda yer alan komandaların oyununda birinci və ikinci hakim, müvafiq olaraq Hikmət Qafarlı və Knyaz Əmiraslanov olacaq. Bu dueldə üçüncü hakim funksiyasını Vasilios Xristodulis, timekeeper isə Nikolas-Andreas Paçakis olacaq. Hər iki hakim Yunanıstanı təmsil edir.
Hakim-inspektor isə Andreas Demetriu (Kipr) olacaq. Yeri gəlmişkən, kiprli aprelin 14-də Bakıda da iş başında olacaq.
Qeyd edək ki, Yunanıstan - Moldova matçı aprelin 9-da, Dais İdman Zalında keçiriləcək.