Azərbaycanlı hakimlərə beynəlxalq təyinat
- 16 Okt 2023 17:15
- 296
FIFA referilərimiz UEFA-dan təyinat alıblar.
Rekord.az xəbər verir ki, FIFA referisi Elçin Məsiyev və FİFA referi köməkçisi Vüsal Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.
İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 25-dən 31-dək İtaliyada təşkil ediləcək.