Bu gün AFFA-nın inzibati binasında 2021-ci ildə FİFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər verilib.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, emblemləri Hakimlər Komitəsinin sədri Frits Stuxlik təqdim edib.

Qeyd edək ki, bu il Azərbaycanı beynəlxalq oyunlarda 17 hakim təmsil edəcək.