![photo](https://www.rekord.az/storage/uploads/5/rufet-dadasov-4.jpg)
Azərbaycanlı hücumçudan Almaniyada het-trik
- 01 Okt 2023 12:40
- 536
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 9-cu turunda “Kamnitser”lə qarşılaşıb.
“Dinamo” səfərdə baş tutan bu matçdan qələbə ilə ayrılıb - 4:0. Meydana start heyətində çıxan Dadaşov 80-ci dəqiqədə əvəzlənib. Komandasının 3 qolunu da Rüfət vurub. O, 6, 45+3 və 76-cı dəqiqələrdə fərqlənib.
“Dinamo” hazırda 18 xalla 3-cü pillədə qərarlaşıb.